Ötən gün, 23 iyun tarixində Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın zamanı əvvəllər Bakıda çalışan keşiş Roman Silantev qətlə yetirilib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az məlumat verir.
40 il ərzində keşiş kimi fəaliyyət göstərmiş Nikolay Kotelnikov Dərbənddə yerləşən pravoslav kilsəsinə hücum zamanı öldürülüb. Onun daha öncə Bakı yeparxiyasında çalışdığı bildirilir.
Ötən gün Dağıstandakı silahlı qarşıdurmada 15-dən artıq polis əməkdaşı, 2 mülki şəxs dünyasını dəyişiblər, 25 nəfər yaralanıb. Hücum edən terrorçulardan 6-sı zərərsizləşdirilib.