Hindistanın “IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində uçuşlara başlayıb. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hindistanlı aviadaşıyıcı Bakı ilə Dehli arasında uçuşlara avqustun 11-dən başlayıb. Reyslər həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla həyata keçiriləcək. Geri uçuşlar isə həftənin bazar ertəsi, çərşənbə, cümə və bazar günləri təşkil olunacaq.