Bakının daha bir küçəsində hərəkət məhdudlaşır. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində, “N.Nərimanov” metro stansiyası istiqamətində təmir işləri aparılacaq. Bununla bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət 10 may saat 08:00-dan 13 may saat 22:00-a qədər davam edəcək.
Daha öncə bayramla əlaqədar bir sıra küçələrin bağlanması barədə məlumat verilmişdi.