Qarabağ Universitetinə qəbul olanların 16 faizi Bakı sakinləridir.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu tələbələrin 3,81 faizi Naxçıvandan olan abituriyentlərdir. 6,8 faiz Sumqayıt, Xızı, Abşerondan, 16 faiz isə Gəncə, Şəmkir, Qazax rayonlarındandır.
Qalan abituriyentlər isə ölkənin digər rayonlarındandır.