top
Azərbaycanda silahlı iğtişaşlar planlaşdıran iranlı agentlər saxlanılıblar - VİDEO - SƏS YAZISI - YENİLƏNİB
06 aprel 2023, 03:34
- ↺ +

Azərbaycanda silahlı iğtişaşlar planlaşdıran iranlı agentlər saxlanılıblar - VİDEO - SƏS YAZISI - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

14:34 - Yenilənib

İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb. Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil. Bu haqda məlumat bu gün, 6 aprel tarixində “MOUZE” Telegram kanalı məlumat yayıb.

10:03 - Azərbaycanda silahlı iğtişaşlar planlaşdıran iranlı agentlər saxlanılıblar 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun əməkdaşları tərəfindən İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən pul müqabilində və dini təbliğat nəticəsində qulluğa cəlb edilmiş şəxslər tərəfindən törədilməsi planlaşdırılan cinayətlərin qarşısının alınması istiqamətində birgə xüsusi kompleks tədbirlər həyata keçirilib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

İranda yaşayan və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu əməkdaşlığa cəlb edərək Azərbaycan ərazisində silahlı iğtişaşlar yaratmaq üçün “müqavimətçi dəstə” yaratmağı tapşırıblar. Dəstə ölkənin konstitusiya quruluşunu zorla dəyişdirmək və şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətini yaratmaq məqsədilə yaradılıb.

Arif Cümşüdov göstəriş əsasında dini radikalizmi təbliğ edən tanışlarını - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu plana cəlb edib.

O, evində mütəmadi olaraq gizli görüşlər təşkil edərək, Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini adıçəkilən şəxslərə çatdırıb. Qrup üzvləri də öz növbəsində əməkdaşlığa yeni insanları cəlb etməyə çalışıb və bu barədə Axundzadəyə məlumat veriblər.

Bundan əlavə, Axundzadə Bakı sakini Anar İsayevi əməkdaşlığa cəlb etmiş, həmçinin ona Azərbaycan ərazisində silahlı iğtişaşlar yaratmaq, ölkənin konstitusiya quruluşunu zorla dəyişdirmək və bu məqsədlə  “müqavimətçi dəstə” yaratmağı tapşırmışdır. Bunun müqabilində o, külli miqdarda pul, silah və hərtərəfli dəstək vəd edib, həmçinin İsayevi koordinasiya və birgə fəaliyyət üçün Cümşüdova təqdim edib.

Həmin şəxslər cəmiyyətdə dindar kimi mövqe tutaraq sosial şəbəkələrdə, insanların çox olduğu yerlərdə dini radikalizmi və İranı təbliğ edib, Azərbaycanda dini tolerantlıq ənənələrinin pozulması ilə bağlı xaricdən alınan göstərişləri yerinə yetiriblər.

Bundan başqa, qrup üzvləri məqsədyönlü şəkildə İrandan gətirilən narkotik vasitələrin satışını təşkil ediblər və əldə edilən külli miqdarda vəsait Azərbaycanda dini radikalizmin təbliği və digər təxribat xarakterli işlərə xərclənib.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

[video width="854" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/04/video_2023-04-06_11-25-06.mp4"][/video]

Son xəbərlər

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Oxşar xəbərlər