Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Təmiz hava” aylığının keçirilməsi ilə bağlı yoxlamalara başlanılacaq. Belə ki, havanın avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi halları aşkarlandıqda qanunamüvafiq tədbirlər görüləcək.
“Təmiz hava” aylığı 15 may - 15 iyun tarixlərində keçiriləcək.
“Bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliklərini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırırıq”, – deyə qurumdan qeyd olunub.