Paytaxtda parkinq məsələsi ciddi problemlərdən biridir. Bu problemi aradan qaldırmağın yeganə yolu paytaxtda uzunmüddətli avtomobil parklama yerlərinin yaradılmasıdır.
Report verdiyi məlumata görə, bunu millət vəkili Fəzail Ağamalı İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunan zamanı deyib.
Onun sözlərinə görə, bu məsələ şəhərsalma proqramına daxil edilməlidir: “Parklanma və kanalizasiya problemləri Bakı üçün ciddi problemdir. Bu məsələlər həll olunmayınca heç bir cərimələr bunun qarşısını almayacaq”.