"Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək", - bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Rüfət Quliyev deyib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
“O cümlədən Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində də bunu edə bilərik. Mən təklif edirəm ki, imkan varsa, bunu yenidən edək. Vaxtilə, 15-17 il öncə belə bir sistem var idi. Bakıdan Lənkərana dənizlə 4-5 saata gedilirdi və bu, müəyyən qədər rahatlığı təmin edə bilirdi", - millət vəkili əlavə edib.