Elza Seyidcahan rəqbilərinin sağlam rəqabət aparmadıqlarını vurğulayıb.
Bakuplus.az xəbər verir ki, bəstəkar, müğənni və Əməkdar artist Elza Seyidcahan öz namizədliyi barədə danışıb.
İfaçının sözlərinə görə, deputatlıq mübarizəsində rəqibləri ondan qorxur. Bu səbəbdən də onun təbliğat şəkillərini cırdırırlar.
“Gözəl nənəyəm, gözəl anayam və gözəl övladam. Hər bir işimdə novator olmuşam və inanıram ki, millət vəkilliyində də yenilik edəcək”, - deyə E.Seyidcahan əlavə edib.
Elza Seyidcahan (Elza Qasımova) 1 sentyabr tarixində növbədənkənar parlament seçkilərində 23 nömrəli Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürəcək.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2024/08/img_6501_1.mp4"][/video]