“Dinamo Zagreb”in azarkəşləri Bakıya gələcək.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib ki, Xorvatiya təmsilçisi 200-dən artıq azarkeş dəstəkləyəcək. Həmçinin o, qeyd edib ki, oyun günü azarkeşlərin sayı arta bilər.
Klub özünlə jurnalist göndərməyəcək, yalnız klubun mətbuat xidməti iştirak edəcək. Azarkeşlər üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 qələbəsi ilə yekunlaşıb. Cavab görüşü avqustun 28-də, saat 20:45-də keçiriləcək.