Ədliyyə Nazirliyində kadr dəyişiklikləri olub. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
50 yaşlı Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib. O, daha öncə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
32 yaşlı Seyfəlpaşa Əliyev ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, daha öncə Məhkəmə Hüquq Şurasının Aparatında Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun müdiri vəzifəsində çalışıb.
37 yaşlı Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan öncə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.