Ədliyyə Nazirliyində daha bir təyinat olub. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
44 yaşlı Vüqar Ağayev Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.
V.Ağayev Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələrini bitirib.
2002-2006-cı illərdə Bakı şəhəri Nizami Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsində böyük məhkəmə icraçısı vəzifəsində çalışıb. 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat-Nəzarət Baş İdarəsində baş məsləhətçi vəzifəsində işləyib.
Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.
O, təyinatdan öncə Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyinin rəis müavini vəzifəsində çalışıb.