Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.
Bakuplus.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Mübariz Əhmədov 1980-ci ildə doğulub. O, 2002-2015-ci illərdə müxtəlif prokurorluq və ədliyyə vəzifələrində çalışıb və III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi alıb.
Toğrul Hüseynov 1986-cı ildə anadan olub. 2010-2024-cü illərdə Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də və Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. Son olaraq, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi olub.