Bakıda keçiriləcək “Dream Fest”ə məşhur simalar gələ bilərlər. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Xalq artisti Emin Ağalarov Bakıda keçiriləcək “Dream Fest” beynəlxalq musiqi festivalı ilə əlaqədar mətbuat konfransı keçirib. Onun sözlərinə görə, 6-7 günlük festival üçün 7-8 milyon ABŞ dolları xərclənəcək.
“Çünki çıxış edəcək artistlər bütün dünyadan olacaqlar. Siyahılarımız hər həftə yenilənir”, – deyə o qeyd edib.
E.Ağalarov bu il festivala Enrike İqlesias, Cennifer Lopez və Rikki Martin kimi dünya ulduzlarının da gəlmə ehtimalı olduğunu bildirib:
“Hələ dəqiq cavab almamışıq. Onların məhz bu yay olacaq festivalda iştirak edib-etməyəcəkləri bəlli deyil. Ümid edirəm, üçündən biri təsdiqlənər”.
O, Lenni Kravitsin 2025-ci ildə Bakıya gəlmə ehtimalı olduğunu da qeyd edib.