İyunun 15-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az DTX-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Tədbirdə DTX-nin rəisi Əli Nağıyev və xidmətin rəhbər heyəti, təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Mərasim ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni səsləndirilib. Sonra “Bilgəh” istirahət mərkəzinin tarixini əks etdirən foto və videomateriallar təqdim olunub.
Bildirilib ki, hazırda mərkəzdə genişmiqyaslı yenidənqurma işləri aparılır. Burada işçilərin və onların ailə üzvlərinin istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.
Tədbir mədəni proqramla davam edib.
[URIS id=103584]