top
Dünya şöhrətli bakılı şahmatçının doğum günüdür
24 iyul 2026, 10:29
- ↺ +

Dünya şöhrətli bakılı şahmatçının doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

24 iyul dünya şöhrətli şahmatçı Vüqar Həşimovun doğum günüdür. 

Vüqar Qasım oğlu Həşimov 1986-cı ildə Bakıda anadan olub. O, Azərbaycan şahmatının ən istedadlı və tanınmış nümayəndələrindən biri, beynəlxalq qrossmeyster və üçqat Azərbaycan çempionu kimi tarixə düşüb. Həşimov hələ gənc yaşlarından şahmata böyük maraq göstərib və qısa müddətdə özünəməxsus oyun üslubu ilə seçilib. 2002-ci ildə qrossmeyster tituluna layiq görülüb.

Vüqar Həşimov Azərbaycanı beynəlxalq şahmat arenalarında dəfələrlə uğurla təmsil edib. O, 2002, 2004, 2006 və 2008-ci illərdə Şahmat Olimpiadalarında milli komandanın heyətində çıxış edib. Onun karyerasının ən böyük uğurlarından biri 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu olmasıdır. Həmin çempionatda Həşimov komandanın qələbəsində mühüm rol oynayıb. O, həmçinin 2009-cu ildə Pekində keçirilən Dünya İntellektual Oyunlarında rapid üzrə gümüş, gözübağlı sürətli şahmatda isə bürünc medal qazanıb.

Həşimov beynəlxalq yarışlarda yaradıcı və qeyri-standart oyun tərzi ilə tanınırdı. O, şahmat taxtasında mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaq, gözlənilməz gedişlərlə rəqibini təəccübləndirmək və mübarizəni sona qədər davam etdirmək bacarığı ilə seçilirdi. 

Təəssüf ki, Vüqar Həşimovun uğurlu karyerası ağır xəstəlik səbəbindən yarımçıq qalıb. O, 11 yanvar 2014-cü ildə Almaniyanın Heydelberq şəhərində 27 yaşında vəfat edib. Qısa ömrünə baxmayaraq, Həşimov Azərbaycan şahmatının inkişafına böyük töhfə verdi və özündən sonra zəngin irs qoyub.

Son xəbərlər

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Oxşar xəbərlər