Dövlət Yol Polisi (DYP) hava ilə bağlı müraciət yayıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata görə, DYP avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı tələb edib.
Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.