Ölkənin bir sıra TV kanallarına xəbərdarlıq edilib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
ATV, Xəzər TV, Dünya TV və ARB TV-yə efirdə süni mayalanma barədə reklam etdikləri üçün xəbərdarlıq edilib.
"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.