Paytaxtın Qaradağ rayonunda yerləşən iki qazıntı yatağı 9 dekabr tarixində hərraca çıxarılacaq. Bu haqda İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
7 hektar sahəyə malik “Çənlibel” və 8 hektarlıq “Karvansaray” mişar daşı yataqları istismar üçün təqdim olunur.
Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri elanda qeyd olunan məbləğin behini və xidmət haqqını ödəməklə iştirak edə bilər.
İştirak etmək istəyənlər 2 dekabr saat 16:00-a qədər sənədləri Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına gətirə bilərlər.
Əlavə məlumat üçün: https://bit.ly/3kqA3d3
[URIS id=14249]