Paytaxtın Xətai rayonunda yerləşən bir neçə şadlıq sarayı cərimələnib. Bu haqda bu gün, 17 noyabr tarixində Ekologiya Nazirliyi məlumat yayıb.
“Neapol”, “Kleopatra”, “Leyla Palace”, “Mirvari”, “Elgün”, “Olivium” və “Qəsr” şadlıq saraylarında havalandırma sisteminə texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi məlum olub. Bu səbəbdən havaya normadan artıq tullantı atılıdığı müəyyən edilib.
“By Şirulla” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı aşkarlanıb.
Faktlarla bağlı müəssisə sahibləri məsuliyyətə cəlb olunub.
Oxşar qanun pozuntuları, 12 noyabr tarixində paytaxtın Nizami, Qaradağ və Səbail rayonlarında yerləşən ictimai iaşə obyektlərində aşkar edilmişdir.