Polis polkovnik-leytenantı Elşad Hacıyev müvəqqəti olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini icra edəcək. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün, 11 iyul tarixində müvafiq əmr imzalayıb.
Bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov olub. Ötən gün o, xidmətdə olmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Daha öncə, Elşad Hacıyev DİN-in mətbuat xidmətinin şöbə rəisi olub.