Elan satlarına saxta məlumat yerləşdirən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
23 yaşlı Rəşad Adışov elan saytlarında moped, “PlayStation” və mobil telefonların kreditlə satılması ilə bağlı saxta məlumatlar yerləşdirib, daha sonra vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.