Elman Mustafayevin (Elman dayı) kitab mağazası kimi tanınan İçərişəhər Kitab Evi təmir edilib. Bu haqda bu gün, 25 fevral tarixində APA-ya istinadən Bakuplus.az məlumat verir.
Təmirdən sonra həmin yerdə "Book and coffee” kitab evi və kafe fəaliyyətə başlayıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsindən məkanın təmirdən sonra yenidən kitab evi kimi fəaliyyət göstərəcəyi bildirilmişdir.
Kitab Evinin sahibi Elman Mustafayev 2019-cu ilin fevralında dünyasını dəyişmişdir. İlin sonuna kimi ənənəni pozmadan kitab evini gözəl və mədəni istirahət məkanına çevirməklə həm kitab evi, həm də kafe kimi fəaliyyətini davam etdirməsi planlaşdırılmışdır.
[URIS id=34924]