M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Həkim Elgün Səmədov M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub. Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.