Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitununa direktor müavini təyin edilib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az instituta istinadən xəbər verir.
Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Namiq Həsənov adıçəkilən institutun direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində çalışacaq.