Azərbaycan Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib. Bu haqda bu gün, 1 mart tarixində Report məlumat verib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Lətif Zeyniyev bu vəzifəyə təyinat alıb.
Lətif Zeyniyev 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib. 2004-2007-ci illərdə ATU-nun Uşaq cərrahiyyəsi kafedrasında əyani aspiranturada təhsilini davam etdirib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Zeyniyev 2014-2023-cü illərdə Hannover, Düsseldorf və Ştutqart (Almaniya) şəhərlərində həkim köməkçisi, mütəxəssis həkim və baş mütəxəssis vəzifələrində çalışıb.
Daha öncə məlum olub ki, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev öz istəyi ilə vəzifəsindən azad olunub.
[caption id="attachment_92503" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]