FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Bakuplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib. AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə Jelson Fernandeş olub.
E.Məmmədov 1 noyabr tarixindən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.