Elza Seyidcahanın şeiri narazılığa səbəb olub.
Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Əməkdar artist Elza Seyidcahana xəbərdarlıq edib.
Belə ki, Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, nəticədə ictimai hiddət və narazılıqla qarşılanıb.
Bu səbəbdən üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən Elza Seyidcahana xəbərdarlıq edilib.