23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Əməkdar artist Elza Seyidcahanın seçki posteri cırılıb. Bakuplus xəbər verir ki, bu barədə Seyidcahan öz İnstagram səhifəsində paylaşım edib.
"Öz qapıma yapışdırdığım posterimi cırdırmısız. Ayıb deyilmi? Siz, doğrudan, qorxursunuz. Bilirsiz ki, Elza Seyidcahan güclüdür. Elza Seyidcahan öz halal zəhməti ilə sevgi qazanıb. Xalqının sevgisini, dövlətinin rəğbətini qazanıb. Siz qorxaqsız. Bilirsiz ki, mən gəlirəm dəstələməyə. Dəstələyəcəyəm, çox gözəl dəstələyəcəyəm. Siz dəstələyə bilmədiniz, amma mən sizi dəstələyəcəyəm", - deyə Elza qeyd edib.