top
Ən yaşlı tələbə DANIŞDI: Uşaqlıq arzum idi
26 avqust 2026, 13:31
- ↺ +

Ən yaşlı tələbə DANIŞDI: "Uşaqlıq arzum idi"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə Elbrus Hüseynov isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunub.

Tələbə adını qazanması ilə bağlı təəssüratlarını bölüşən 58 yaşlı Elbrus Hüseynov bildirib ki, imkansızlıqdan dolayı uzun müddət təhsil ala bilməyib, ancaq ali təhsilli olmaq onun uşaqlıq arzusu imiş: 

"İki il əvvəl kollecdən fərqlənmə diplomu ilə məzun olmuşam. Kollecə də özüm hazırlaşıb daxil olmuşdum. Həm işləyirdim, həm də imtahanlara hazırlaşırdım.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kommunikasiya sistemləri mühəndisliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olmuşam. Ali təhsil almaq uşaqlıq arzum idi. İmkansızlığa görə, bu istəyim illərlə arzu kimi qaldı. Amma qarşıma məqsəd qoymuşdum ki, mütləq bir gün universitetə qəbul olacam. O da bu ilə təsadüf etdi.

Tələbə yoldaşlarımla aramızdakı yaş fərqi mənim üçün çətinlik törətməyəcək, əksinə maraqlı mühit olacağını düşünürəm. Əlimdən gələn köməkliyi onlara göstərməyə hazıram.

Mən, yeddi il mühəndis kimi çalışmışam. İndi isə öz ərizəmlə işimdən ayrılmışam. Sentyabrdan dərslərə başlayacam.

Bir oğlum, üç nəvəm var. Oğlum da ali təhsillidir. Azərbaycan Dövlət Aqrar Universitetinin yer quruluşu ixtisasında təhsil alıb, hazırda mühəndis kimi çalışır".

Ən gənc tələbə olan Gülşən Məmmədli isə bildirib ki, o, buraxılış imtahanında 257 bal, qəbul imtahanında isə 364.2 bal toplayıb: "Bakı şəhəri 72 nömrəli məktəb liseyin məzunuyam. Məktəbə 5 yaşımda getmişəm, 6 gün sonra isə altı yaşım tamam olub. Babam və nənəm təhsil işçiləri olduğu üçün uşaqlıqdan oxumağa meyilli idim, nələrisə həll etməyi çox sevirdim. 
Həmişə tibb ixtisasına qəbul olmağı istəyirdim, illər keçdikcə isə stomatologiya haqqında da düşündüm və beləcə, Naxçıvan Dövlət Universitetinin stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olundum. İmtahana hazırlaşmaq üçün hər abituriyent kimi mən də məşğələlərə getmişəm. Bundan əlavə rəsm çəkməyi, kitab oxumağı sevirəm, bunlar mənim hobbilərimdir".

Mənbə: lent.az

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər