Bu gün 2-ci Şəhidlər xiyabanında 3 şəhidimiz dəfn edilib. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı baş leytenant Vəliyulla Əliyev, kapitan Vüqar Eyvazov və kapitan Elvin Qeybəliyev şəhidlik zirvəsinə ucalıblar. Dəfn mərasimlərində şəhidlərin ailə üzvləri, yaxınları, hərbçilər, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.