Tovuz rayonunda yaşayan ermənilər delimitasiya ilə bağlı mitinq keçiriblər. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, rayonun 2 kəndinin sakinləri Gürcüstana gedən beynəlxalq yolu bağlayaraq torpaqların Azərbaycana qaytarılmasına qarşı olduqlarını nümayiş etdiriblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.
Etirazların bu gün də davam edəcəyi gözlənilir.