Birinci Qarabağ muharibəsindən sonra ermənilərin “qələbə” simvolu olan Şuşa yolunda yerləşdirdikləri tank Bakıya gətirilib. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məhv etdiyi tank Bakıdakı Hərbi Qənimətlər Parkına quraşdırılaraq nümayiş olunur.
Albert Aqarunov 1992-ci ildə Şusaya girməyə cəhd edən ilk tankı vuraraq sıradan çıxarmışdı. Ermənilər zirehli maşını bərpa etdikdən sonra təpəyə yerləşdirmişdilər.