Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə də hökumət əleyhinə mitinqlər başlanılıb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Etirazçılar Ermənistan hökumətinin istefasını tələb edirlər. Onların arasında tələbələr da var.
Keçirilən aksiyalar çərçivəsində Göyçənin mərkəzi Kəvərdən keçən Göyçə-Ağdərə yolu bağlanıb.
İrəvanda da nümayişçilər mərkəzi küçələri bağlamağa davam edirlər. İlkin məlumata görə, artıq saxlanılanların sayı 350-ni ötüb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/09/sequence-01_1.mp4"][/video]