“Azərbaycan və Ermənistan oktyabrın 5-də Qranadada sənəd imzalayacaq”, – bunu Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan müsahibədə deyib. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Radio Van YouTube kanalına istinadən məlumat verir.
Ermənistanın keçmiş baş naziri qeyd edib ki, bu sənədin mənası Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması olacaq.
Onun sözlərinə görə, Rusiya bu görüşün keçirilməsinin əleyhinədir və “Azərbaycanı görüşü ləğv etməyə inandırmaq üçün hər şeyi edəcək”.