Sentyabrın 20-də saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrokopter Şuşa rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində məlumat verir.
Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter xüsusi texniki vasitələrlə aşkar edilərək yerə endirilib.