Ermənistan Daxili İşlər Nazirliyindən "Sputnik Armenia"ya verilən məlumata əsasən, Bu gün İrəvanda 17, Noyemberyanda isə 12 etirazçı saxlanılıb.
14:04 - Ermənistanda magistral yollar bağlanıb
Ermənistanda etiraz aksiyaları səngimir. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb. Belə ki, İrəvan–Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda İrəvan–Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb.
Həmçinin Şirak vilayətində İrəvan–Gümrü və Baqrataşendə Ermənistan–Gürcüstan magistral yollarının bir hissəsi bağlanıb.
Paytaxt İrəvanın mərkəzində də Tavuş sakinlərinə dəstək əlaməti olaraq yolların bağlandığı bildirilir.
Bununla insanlar Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.