top
Ermənilərə məxsus məxfi sənədlər elan olundu
13 oktyabr 2025, 13:57
- +

Ermənilərə məxsus məxfi sənədlər elan olundu

Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, məhkəmədə müxtəlif sənədlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkiləri də məhkəmədə nümayiş etdirilib. Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun "ordusuna" (Ermənistan silahlı qüvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun "ordusunun komandirinə" "6-cı müdafiə rayonu"nun tank əleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, "9-cu müdafiə rayonu"nun tank əleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın Yerevan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib. Məxfi sənəddən görünür ki, qondarma qurumun "ordusunun" şimal-şərq istiqamətində ərazinin incələnməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədi ilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun Yerevan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-Yerevan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
Dünən, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
Dünən, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
Dünən, 16:11

Zahid Oruc tıxacların günahkarını açıqladı – Kənddən gələnlər...

Xəbər
Dünən, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
Dünən, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
Dünən, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
Dünən, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
Dünən, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
Dünən, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Xəbər
Dünən, 10:19

Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi

Xəbər
Dünən, 10:00

FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır

Xəbər
Dünən, 08:06

Paraqvay parlamentində ilk dəfə Azərbaycanın uğurlarından danışılıb

Xəbər
20 sentyabr 2026, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
19 sentyabr 2026, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
19 sentyabr 2026, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Xəbər
19 sentyabr 2026, 14:24

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbər
19 sentyabr 2026, 12:12

Masazırda kişi qonşunun 9 yaşlı uşağını döydü - Öz övladına görə

Xəbər
19 sentyabr 2026, 11:31

Bir sutkada qazanılan tarixi Zəfər

Xəbər
19 sentyabr 2026, 11:01

Aida İmanquliyevanın anım günüdür

Xəbər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Xəbər
18 sentyabr 2026, 19:16

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Xəbər
18 sentyabr 2026, 17:56

Sakinlərin narazılığına səbəb olan restoranla bağlı tədbir görüldü

Xəbər
18 sentyabr 2026, 15:58

"Qadınlar məktəbləri işğal edib" - Metroda maraqlı sorğu

Xəbər
18 sentyabr 2026, 14:33

Ata qızı ilə birlikdə kürəkənini niyə qətlə yetirib?

Xəbər
18 sentyabr 2026, 12:26

Sabah Bakıda hava necə olacaq?

Oxşar xəbərlər