Bu gün qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Toplantıda yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanasının həyətində 60 ədəd, Səhiyyə Nazirliyinin inzibati binasının həyətində və kənarlarında 25 ədəd, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsində 8 ədəd, Mərdəkan Reabilitasiya Pansionatının həyətyanı sahəsində 35 ədəd ağacın götürülməsi barədə danışılıb. Xəstəliyə yoluxmuş ağaclar xüsusi qaydada utilizasiya ediləcək, yerləri isə dərmanlanacaq.