25-28 fevral tarixlərində Bakı Bulvarında fumiqasiya işləri aparılacaq. Bu haqda Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Bildirilir ki, kimyəvi məhlul səpilərkən, ev heyvanlarının sahiblərinə onları bulvarda gəzdirməkdən çəkinmələri tövsiyə olunur. Püskürdülmüş səthlə təmas heyvanın sağlamlığına zərər verə bilər.
Fumiqasiya – bitki xəstəlikləri törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir.