Yasamal rayonunda evlərin birindən oğurluq olub.
Bakuplus.az xəbər verir ki, polisə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.