Bulvardakı “Şeytan Çarxı” ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyevanın sözlərinə görə, “Şeytan çarxı”nın fəaliyyətinin dayandırması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:
“Şeytan çarxı” fəaliyyətini dayandırmayıb. Attraksion fəaliyyət göstərir. Yayılan məlumatlar absurddur. Attraksionun fəaliyyəti, ümumiyyətlə, dayandırılmayıb. Sadəcə küləkli hava şəraitində işləməsi mümkün deyil. Fəaliyyətə başladığı ilk gündən bu prinsiplə çalışır”.
Sosial şəbəkələrdə “Şeytan Çarxı” attraksionunun işləməməsi barədə məlumat yayılmışdı.