Beynəlxalq təşkilatın prezidenti Bakıya gəlir. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç paytaxta səfər edəcək. Səfərin əsas məqsədi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir.
Həmçinin Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.