FİDE dünya reytinqini yeniyəlib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az federasiyaya istinadən xəbər verir.
FİDE-nin 1 iyun tarixinə olan reytinq cədvəlinə əsasən, Teymur Rəcəbov 30-cu, Rauf Məmmədov 82-ci pillədə qərarlaşıblar. Şəhriyar Məmmədyarov dünya reytinqində 2 pillə irəliləyərək 16-cı yerə yüksəlib.
Reytinq cədvəlinə Maqnus Karlsen başçılıq edir. Fabiano Karuana 2-ci, Hikaru Nakamura isə 3-cüdür.
Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə 29-cu, Gövhər Beydullayeva 39-cu, Ülviyyə Fətəliyeva 49-cu, Xanım Balacayeva 63-cü, Gülnar Məmmədova 99-cu yerdə qərarlaşıblar.
Burada siyahıya çinli Hou İfan başçılıq edir. Onun ən yaxın izləyiciləri həmyerliləri Szyuy Venszyun və Ley Tinszedir.