Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasındakı hissəsində təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumilikdə yolun 440 metr uzunluğu olan hissəsində 8000 kvadratmetrə yaxın asfalt örtüyü dəyişdirilib.
Təmir işləri nəqliyyatın hərəkətinin intensivliyi nəzərə alınaraq gecə saatlarında və istirahət günlərində aparılıb.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulub.
[caption id="attachment_70446" align="alignnone" width="1000"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]