COP29 çərçivəsində növbəti konfrans keçirilib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda konfrans keçirib.
Konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti, aspirant və tələbələr iştirak ediblər.
Konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub, konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
Konfrans Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində keçirili