Bakıda hava şəraitinin qeyri-sabit olacağı gözlənilir, güclü külək əsəcək. Əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə məlumat verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar olaraq əhaliyə diqqətli olmalarını, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini və güclü küləyin yaratdığı təhlükələrdən qorunmaq üçün qəti zərurət olmadıqca küçəyə çıxmamalarını məsləhət görür.
Həmçinin güclü külək nəticəsində yarana biləcək təhlükələrin qarşısını almaq üçün yüngül və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləklərdə yanğınların söndürülməsinin çətinliyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına da ciddi riayət etmək lazımdır.
Nazirlik xatırladır ki, təhlükə yarandıqda “112” nömrəsinə zəng etmək lazımdır.