Noyabrın 3-ü Fövqəladə Hallar Nazirliyi Bakıda yanğına qarşı maarifləndirmə tədbiri keçirib. Bu haqda APA xəbər verib.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Neft Emalı Zavodunda yanğına qarşı maarifləndirmə tədbiri həyata keçirdiblər. Zavodda təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi barədə məlumat, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin yanğın zamanı zəruri davranış qaydalarından danışılıb.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.