Bakıdan Füzuliyə daha bir köç karvanı yola salınıb. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı və Sumqayıt şəhərlərindən köçürülən 37 ailə (144 nəfər) Qaradağ rayonu, “Qobu Park-3” köçkün şəhərciyindəki məktəbin qarşısından Füzuliyə yola salınıb.
İndiyə qədər Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_135914" align="alignnone" width="640"]
Foto Report.az[/caption]