Bu gün, 19 sentyabr tarixində saat 01:00 radələrində Füzuli rayonunda ağır yol qəzası baş verib. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmaya başlanılıb.